Bakıya gələcək 2-ci komanda da müəyyənləşdi - AVRO-2020

22:23 27.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avro-2020-də 1/8 final mərhələsi davam edir.

Hafta.az xəbər verir ki, ikinci oyun günü üçün nəzərdə tutulan 2 qarşılaşmadan artıq 1-i başa çatıb.

Günün ilk matçında Niderland Çexiya ilə üz-üzə gəlib. Çexiya rəqibini 2 cavabsız qolla məğlub edib. Beləliklə Çexiya millisi iyulun 3-də 1/4 final oyununu Bakıda Danimarkaya qarşı keçirəcək.

Günün son görüşündə Belçika Portuqaliya ilə qarşılaşacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.

27 iyun
Avro-2020, 1/8 final mərhələsi

Niderland - Çexiya - 0:2
Qollar: 
Hols, 68, Şkik, 80
Baş hakim: Sergey Karasev (Rusiya)
Budapeşt. "Puşkaş Arena"