Banka saxta pul vermək istəyən şəxs tutulub

15:10 06.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda banka saxta pul vermək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumta görə, sentyabrın 5-də Yasamal rayonu ərazisindəki bankların birinə 200 avroluq saxta əsginas təqdim edən şəxs orada xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.

27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini F.Muqbilov olduğu müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.