“Barselona” Kumanla bağlı qərarını açıqlayıb

17:50 18.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Barselona” futbol klubunun rəhbərliyi baş məşqçi Ronald Kuman ilə bağlı qərarını açıqlayıb.

Hafta.az xarici mətbuata istinadla xəbər verir ki, baş məşqçi mövsümün sonunda istefaya göndəriləcək.

Bu qərar klub rəhbərliyi tərəfindən komandanın İspaniya çempionatının 37-ci turunda “Selta Viqo”ya 1:2 hesabı ilə məğlubiyyətindən sonra qəbul edilib. Bu matçda uduzan “Barselona” çempionluq şansını itirib. Hazırda komanda 76 xalla La Liqada üçüncü pillədə qərarlaşıb.