Baş redaktor və prodüser HƏBS OLUNDU

06:58 24.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskvanın Zamoskvoretsk Rayon Məhkəməsi polis əməkdaşlarına rüşvət verməkdə ittiham olunan "Baza" "Telegram" kanalının prodüseri Tatyana Lukyanovanı iki ay müddətinə, sentyabrın 20-dək həbs edib. "Baza"nın baş redaktoru Qleb Trifonov isə daha əvvəl eyni iş üzrə həbs olunub.

Hafta.az xəbər verir ki, istintaqın məlumatına görə, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin əməkdaşlarından xidməti məlumatları satın alıblar və daha sonra "Telegram" kanalında dərc ediblər.

Məlumata görə, rüşvətlərin məbləği təxminən 100 min rubl (təxminən 2 170 manat) təşkil edib. Krasnodar, Krasnoyarsk və Belqoroddan olan hüquq-mühafizə orqanlarının əməkdaşları rüşvət almaqda ittiham olunublar.

Onlar Moskvaya gətiriliblər. Lakin bu iş üzrə saxlanılan polis əməkdaşları media orqanının jurnalistlərindən məlumat üçün pul aldıqlarını təsdiqləməyiblər. /"Kommersant"/