Başçısının xanım müavini istefa verdi

15:29 26.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusar rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu gün vəzifəsindən ayrılıb.

Bu barədə Bizim.Media-ya Zoya Eldarova məlumat verib.

O, öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.

Məlumata görə, Qusar rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib.

Xatırladaq ki, Sahir Məmmədxanov 8 iyul 2024-cü ildə Qusarın icra başçısı təyin olunub.