Bayram günü 13 nəfər pirotexniki vasitələrdən xəsarət alıb

16:15 01.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

31 dekabr-1 yanvar tarixlərində 13 nəfər pirotexniki vasitələrdən xəsarət alaraq Təcili Tibbi Yardıma müraciət edib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, onlardan 8 nəfər xəstəxanalara yerləşdirilib, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfərə məsləhət verilib.