BƏƏ və Qətər münasibətləri normallaşdırdı

11:55 19.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Körfəz ölkələri olan Birləşmiş Ərəb Əmirlikləri ilə Qətər arasında diplomatik əlaqələr yenidən qurulub.

Hafta.az-ın yazdığına görə, Qətər Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada, bu gün səfirliklər qarşılıqlı olaraq açılıb. Diplomatik əlaqələrin bərpasından sonra iki ölkənin xarici işlər nazirləri arasında da telefon danışığı olub.

Ötən apreldə iki ölkə arasında normallaşmanın baş verəcəyi ilə bağlı xəbərlər mətbuatda öz əksini tapmışdı.

2017-ci ildə BƏƏ Səudiyyə Ərəbistanı və bir sıra başqa ölkələrlə birlikdə müxtəlif münaqişələr səbəbindən Qətərlə münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəlib. Ötən il Qətərlə BƏƏ arasında münasibətlər canlanıb və hər iki ölkənin liderləri təkbətək görüşlər keçirib.

Siyasət rubrikasından digər xəbərlər