Belçika millisi baş məşqçisi ilə yeni müqavilə imzalayıb

12:25 03.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Belçika Futbol Federasiyası milli komandanın baş məşqçisi Roberto Martines ilə yeni müqavilə imzalayıb.

Hafta.az xarici KİV-lərə istinadla xəbər verir ki, 46 yaşlı ispaniyalı mütəxəssislə müqavilənin müddəti 2022-ci ildə keçiriləcək dünya çempionatının sonunadək uzadılıb.

Qeyd edək ki, R.Martines 2016-cı ildən millinin baş məşqçisidir.