81 saylı Beyləqan seçki dairəsini təmsil edən deputat Şahin İsmayılovun rayonun Kəbirli kəndində seçiciləri ilə görüş zamanı baş vermiş narazılıqla bağlı videgörüntülər yayılıb.
Hafta.az xəbər verir ki, unikal.org saytında yayılmış videoda seçicilər deputatın fəaliyyətindən narazı olduqlarını dilə gətiriblər. Eyni zamanda, bildiriblər ki, bu günə kimi millət vəkilinə yazdıqları ərizələr müsbət istiqamətdə həllini tapmayıb.
Hafta.az-ın məlumatına görə, “qafqazinfo” sözügedən kəndin icra nümayəndəsi Bakir Ağayev ilə əlaqə saxlayıb. O bildirib ki, ötən gün kənddə şəhid bulağının açılışı olub: “Həmin açılışda da şəhid ailələri iştirak edirdilər. Bizim kənd Vətən müharibəsində 7 şəhid verib. Ailələr deputata narazılıq etdilər ki, müharibə günlərində Şahin İsmayılov onlarla maraqlanmayıb. Ona görə də deputatdan kənddən çıxıb getməsini istədilər”.
Deputatın ofisindən verilən cavab isə aşağıdakı videoda əksini tapıb.