Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Respublikası müdafiə nazirinin tapşırığına əsasən, hərbi qulluqçuların bir qrupu Beyləqan rayonunda yaşayan şəhid ailələrini ziyarət edib.
Hafta.az xəbər verir ki, hərbi qulluqçular Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, onların ailə üzvləri ilə görüşüblər.
Ziyarət zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Qeyd olunub ki, dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək və şəhidlərimizin xatirəsini əziz tutmaq hər kəsin vətəndaşlıq borcudur.
Görüşlər zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onlarla söhbətlər aparılıb.