Bəzi dağlıq ərazilərə yağış yağır - Faktiki hava

17:42 15.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 15-i saat 16:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə hafta.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda bəzi dağlıq ərazilərdə - Daşkəsən, Gədəbəy və Qusarda qısamüddətli yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-da, eyni zamanda, Aran rayonlarında 40, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti qeydə alınıb.