Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən hafta.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, mazut qalıqları və qamışlıq sahə yanır.
Hazırda yanğınsöndürmə işləri davam edir. Əlavə məlumat veriləcək.