Bir ailənin faciəsi - 3 üzvü dəm qazından öldü

09:39 09.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 3 nəfər dəm qazından boğularaq dünyasını dəyişib.

 

Hafta.az xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib.

 

Məlumata görə, 1967-ci il təvəllüdlü Rafiq Əliyev, oğlu 1999-cu il təvəllüdlü Elvin Əliyev və gəlini, 2005-ci il təvəllüdlü Aysu Mirzəliyeva dəm qazından boğularaq ölüb.

 

Faktla bağlı araşdırma aparılır.