Bir sıra ərazilərdə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

21:30 03.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Sumqayıt stansiyası" və ətraf ərazilərə, həmçinin Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələrinə, habelə ətrafdakı yaşayış massivlərinə sabah axşam saatlarına qədər içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə hafta.az-a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumata görə, buna səbəb Sumqayıt Karbomid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsidir.