Bişkekin Ala-Too meydanında Qırğızıstanın yeni bayrağı qaldırıldı

10:45 08.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bişkekin baş meydanında təntənəli şəraitdə daha əvvəl “Joqorku Keneş” tərəfindən qəbul edilmiş ölkənin yenilənmiş dövlət bayrağının qaldırılması mərasimi keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov, dövlət katibi Suyunbek Kasmambetov və digər dövlət rəsmiləri iştirak ediblər.

Xatırladaq ki, 2023-cü il dekabrın 20-də Qırğızıstan parlamentinin deputatları “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” Qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsini ikinci və üçüncü oxunuşda müzakirəsiz qəbul ediblər. Dekabrın 22-də Qırğızıstan prezidenti Sadır Japarov dövlət bayrağının dəyişdirilməsi haqqında qanunu imzalayıb və dekabrın 26-dan qüvvəyə minib.

2024-cü il yanvarın 1-də səhər saatlarında ölkənin yeni və fərqli dizaynlı dövlət bayrağı qaldırılıb və bu, sosial şəbəkələrdə istifadəçilər arasında aktiv müzakirələrə səbəb olub. Hətta bir çoxları bu barədə mənfi fikirlər də səsləndirdilər.

Siyasət rubrikasından digər xəbərlər