Boksçumuz Məhəmməd Abdullayev Tokio Olimpiadasına qələbə ilə başlayıb

17:56 24.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan boksçusu Məhəmməd Abdullayev “Tokio-2020” Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Hafta.az xəbər verir ki, 91 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən boksçumuz Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Abdullayev turnirin səkkizdəbir final mərhələsinə yüksəlib. Boksçumuzun rəqibi özbəkistanlı Bahodir Calolov olacaq. Görüş iyulun 29-da keçiriləcək.

Daha əvvəl boksçularımız Tayfur Əliyev (57 kq) vyetnamlı Duonq van Nquyenə, Lorenso Sotomoyor (69 kq) isə gürcüstanlı Eskerxan Madievə uduzaraq “Tokio-2020”də mübarizəni dayandırıblar.

Oxunma sayı 711