Boşanmaya səbəb olan dörd əsas amil mövcuddur - Professor Con Qottman

12:25 10.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Amerikalı alim Con Qottman deyir ki, cütlüklərin boşanması ilə sıx bağlı olan dörd əsas amil mövcuddur.

Hafta.az-ın CNBC-yə istinadən yazdığına görə, Vaşinqton Universitetinin psixologiya üzrə fəxri professoru Qottman onillərdir ki, bu mövzuda apardığı araşdırmada boşanma proqnozlarına və nikahların sabitliyinə diqqət yetirir.

Qottmanın 4 faktorlu nəzəriyyəsi 1993-cü ildə çap olunan "Boşanmadan əvvəl nə var?" (Boşanmanı nə proqnozlaşdırır?) adlı kitabında dilə gətirilib. Alimə görə, evli cütlüklərin boşanıb-dağılmayacağını göstərən ən problemli ünsiyyət davranışlarını dörd faktor təşkil edir.

Tədqiqatçının internet saytında bu faktorların göründüyü cütlüklərlə bağlı “Qiyamətin dörd atlısı” adlanan bu ifadələr yer alıb: "Apokalipsisin dörd atlısına sahib olan cütlüklər toydan orta hesabla 5 - 6 il sonra boşanır".

Qeyd olunan dörd amil aşağıdakı kimi sadalanır:

Nifrət: Bura tərəfdaşın narahatlığını ciddi qəbul etməmək, tez-tez ləqəblərdən istifadə etmək, istehza, düşmən yumoru, gözləri yummaq, sataşmaq və sair kimi davranışlar daxildir

Tənqid: Tərəfdaşın xarakterinə, inanclarına, şəxsiyyətinə, görünüşünə və ya hərəkətlərinə davamlı hücumlarla xarakterizə olunur.

Müdafiəçilik: Bu hal tənqid və ya məsləhətlə yanaşdıqda məsuliyyəti rədd edənlərdə görünür.

Sədd qoymaq: Bu tərəfdaşa məhəl qoymamağa gətirib çıxarır. Qarşı tərəf çox vaxt özünü məşğul kimi göstərərək ünsiyyətdən ayrılır.

Yüzlərlə cütlüyün iştirak etdiyi 7 araşdırmanın nəticələrini araşdıran Qottman, bu faktorların məlumatlarla uyğun olduğunu bildirir. Buna görə də, "Apokalipsisin dörd atlısına" baxaraq, hansı cütlüklərin boşanacağını, hansının birlikdə qalacağını 90 faizdən çox dəqiqliklə proqnozlaşdırmaq olar.

Qotmanın fikrincə, “nifrət” boşanma ilə bitəcək evliliyin ən güclü göstəricisidir.

Ancaq evliliyin nəticəsini müəyyən edən bir çox başqa amillər də var. Məsələn, cütlərin şəxsiyyət quruluşu da çox önəmlidir.

Qeyd edək ki, Qottman daha əvvəl də 40 mindən çox cütlük üzərində işlədiyini açıqlamışdı.

Mütəxəssislər xoşbəxtlik istəyinin “tərəfdaşın diqqətini çəkməyə çalışmaq”, “problemi masaya qoymaq” kimi davranışlarda özünü büruzə verdiyini söyləyirlər.

"Ən xoşbəxt cütlüklər, tərəfdaşlarının əlaqə qurmaq istəyini göstərdiklərini başa düşəcək qədər fərasətlidirlər və lazım gələrsə, bunun qayğısına qalmaq üçün öz işlərindən imtina edirlər", - deyib Qottman.