Hörmətli cənab Prezident.
Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində gördüyünüz işlər, apardığınız daxili və xarici siyasət, habelə ölkədaxili genişmiqyaslı islahatlar cəmiyyət tərəfindən minnətdarlıqla qarşılanır.
Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin apardığınız tədbirlərin nəticəsində ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar ölkə əhalisi tərəfindən müsbət qarşılanır və layiqincə yerinə yetirilir. Görülən bütün bu işlər Sizin tərəfinizdən vətəndaşlara göstərilən diqqət və qayğıdan irəli gəlir. Bir hərbçi olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə tezliklə torpaqlarımız düşmən tapdağından azad olacaq və dünyanı cənginə alan bu bəladan da tezliklə qurtulacağıq.
Sizin sayənizdə Böyük Vətən müharibəsi iştirakçılarının ailələrinə verilən birdəfəlik müavinətə görə Sizə təşəkkürümüzü bildiririk. Ölkə vətəndaşlarının sağlamlığını, rifahını, ölkəmizin güclü iqtisadiyyata, ordumuzun dövlətlər arasında nüfuzlu yerə yüksəlməsində gördüyünüz işlərə görə Xəzər rayonunun sakinləri, Müharibə, Əmək Və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından Sizə və ailənizə xoşbəxtlik, cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Biz həmişə Sizinləyik.
Hörmətlə,
Məcnunov Səxavət Məhəmməd oğlu, Xəzər Rayon Müharibə Veteranları Şurasının sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.