Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edildi

14:43 09.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 9-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət ediblər.

Hafta.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi abidə önünə gül dəstələri qoyublar.

 

İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad ediblər.