Bremendə 10 türk siyasətçi yerli məclisə deputat seçilib

13:30 22.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyanın Bremen əyalətində keçirilən seçkilərdə 10 türk əsilli vətəndaş yerli məclisə deputat seçilib.

Hafta.az-ın yazdığına görə, açıqlanan müvəqqəti nəticələrə görə, Sosial Demokrat Partiyasından (SPD) Mustafa Güngör, Məhmət Ali Seyrək, Rəcai Aytaş, Mədinə Yıldız və Səlin Ece Arpaz, Xristian Demokratik Birlik Partiyasından (CDU) Oğuzhan Yazıcı, Yaşıllar Partiyasından Sülməz Çolak, Sol Partiyadan Cindi Tuncel və Muhlis Kocaoğlu, BIW-dən Məltəm Sağıroğlu da daxil olmaqla 10 millət vəkili seçilib. Beləliklə, əyalətdə əvvəlki qanunvericilik dövründə 6 olan türk əsilli siyasətçilərin sayı 10-a yüksəlmiş olub.

Ümumiyyətlə, 87 yerlik Bremen əyalət məclisində SPD 27, CDU 24, Yaşıllar 11, Sol Partiya 10, BIW 10 və FDP 5 yer qazanıb.

Bremen əyalət hökuməti qurulduqdan sonra senator vəzifəsinə təyin olunacaq deputatlar ştatın qanunverici orqanını tərk etməli olacaqlar. Bundan sonra ehtiyat sıralardan parlamentə daxil olmaq şansı yaranacağından türk əsilli nümayəndələrin sayında artım ola bilər.

Qeyd edək ki, mayın 14-də keçirilən seçkidə türk əsilli 27 namizəd əyalət məclisinə daxil olmaq üçün mübarizə aparıb.

Siyasət rubrikasından digər xəbərlər