Britaniya parlamentində narazılıq: LİZ TRASS İSTEFAYA ÇAĞIRILIR

13:30 17.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya hökumətində yenidən narazılıqlar baş qaldırıb.

Hafta.az-ın "Daily Mail"ə istinadən yazdığına görə, Mühafizəkarlar Partiyası daxilindəki deputatların baş nazir Liz Trassı partiya liderliyindən uzaqlaşdırmağa çalışacaqları üzə çıxıb.

"Daily Mail" xəbər verir ki, 100-dən çox Mühafizəkar deputat Trass haqqında etimadsızlıq məktubunu partiyanın komitə sədri Qrem Brediyə təqdim etmək mərhələsindədir. Müvafiq olaraq, millət vəkilləri Bradidən Trassın səlahiyyət müddətinin başa çatdığını söyləməsini tələb edirlər. Bradi bunu etməsə, millət vəkilləri Trassa qarşı etimadsızlıq səsverməsi üçün zəmin yaratmaq məqsədilə komitə sədrindən partiyanın siyasi qaydalarını dəyişdirməyi istəyəcəklər.

Digər tərəfdən, Mühafizəkarlar Partiyasının deputatları Krispin Blant, Endryu Bridgen və Ceymi Uollis baş nazir Liz Trassı istefaya çağırıb.

Mühafizəkarlar Partiyası daxilində Liz Trass partiyanın reputasiyasını ləkələməkdə və ölkədəki iqtisadi böhranın öhdəsindən gələ bilməməkdə ittiham olunur.

Siyasət rubrikasından digər xəbərlər