Bu avtobusun yolu dəyişdi - FOTO

11:24 15.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 112 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə hafta.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat veriblər. Qeyd olunub ki, dəyişikliyə səbəb Xəzər rayonu Şağan qəsəbəsində kanalizasiya xəttində qəzanın baş verməsidir.

Hazırda marşrut xətti üzrə avtobuslar Hacı Zeynalabdin Tağıyev küçəsi - Şüvəlan yolu ilə hərəkət edirlər.