Bu gün 387 nəfər koronavirusa yoluxub, 274 nəfər sağalıb, 4 nəfər ölüb

19:18 14.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Qeyd edək ki, son sutkada koronavirusla bağlı 5 600 test test aparılıb, ümumilikdə yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı 368 254 olub.