Yazını böyüt
Yazını kiçilt
Bu gün paytaxtda növbəti dəfə gücləndirilmiş dezinfeksiya tədbirləri keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən bu il dördüncü, pandemiyanın əvvəlindən isə ikinci dəfə həyata keçirilən gücləndirilmiş dezinfeksiya işləri zamanı 551 küçə dezinfeksiya olunub.
Görülən bu işlər paytaxtda sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.