Bu gündən "Vaxzevria” peyvəndinin tətbiqinə başlanılır

09:00 03.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gündən Azərbaycanda “COVID-19” xəstəliyinə qarşı İngiltərənin Oxford Universitetinin istehsalı olan "Vaxzevria” vaksininin tətbiqinə başlanılır.

Hafta.az-ın məlumatına görə, peyvənddən 60 yaş və daha yuxarı şəxslərin vaksinasiyası zamanı istifadə olunacaq. Peyvənd Bakı şəhəri və 6 regionda - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. 

Qeyd edək ki, “COVAX” platforması çərçivəsində Azərbaycana 84 000 doza “Vaxzevria” peyvəndi gətirilib.