Bu il 57 minə yaxın şəxsə əlillik təyin edilib

15:27 27.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il 56,7 min şəxsə əlillik təyin edilib.

Hafta.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, yeni meyarların tətbiqindən sonra 14 063 şəxsə orqanizmin funksiyalarının pozulması faizinə əsasən əlillik təyin edilib:

"Həmçinin cari ildə agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 48 650 şəxsə tibbi və sosial-psixoloji reabilitasiya xidməti göstərilib ki, bu da ötən ilə nisbətən 6 dəfə çoxdur. Həmçinin bu il əlilliyi olan 26,6 mindən çox şəxsin 57,8 min reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib".