Bu il beş milyona qədər ting əkiləcək

14:11 06.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci ildə 14 hektar ərazidə 21 növ üzrə 5 tondan çox toxum səpilib.

 

Hafta.az-ın məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

 

O bildirib ki, bu il 4-5 milyon ədəd tingin yetişdirilməsi gözlənilir.

 

"2023-cü ildə meşə-bərpa tədbirləri çərçivəsinə 3 milyon ədəd ağacın əkilməsi nəzərdə tutulub. Hazırda nazirliyin regional idarələrinin tabeliyində 7 meşə regional tinglik sahəsi var".