Bu il məktəbəhazırlıq qruplarını 107911 uşaq başa vurub

15:28 10.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 119 852, XI siniflərini 80 646 şagird bitirəcək.  

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, 2019-2020-ci tədris ilində respublika üzrə 3256 ümumtəhsil məktəbində fəaliyyət göstərən 5855 məktəbəhazırlıq qrupunu 107911 uşaq başa vurub.

2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 511 uşağın qəbulu proqnozlaşdırılır.