Bu klublar 5800 manat cərimələndi

15:06 26.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AFFA İntizam Komitəsinin növbəti toplantısı keçirilib.

 

Hafta.az xəbər verir ki, iclasda qəbul olunmuş qərarları Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən təqdim edir...

 

Premyer Liqanın XI turunun “Qarabağ” – “Keşlə” oyununda matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

 

“Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.

 

“Sabah” klubunun oyunçularının geyimlərindəki qüsurlara görə matç gec başlandığı üçün klub 800 manat cərimə olunur. Klubunun baş məşqçisi Murad Musayev “A” buraxılış vəsiqəsindən istifadə etmədiyinə görə kluba xəbərdarlıq edilsin.

 

Matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.

 

“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov matçın 83-cü dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 200 manat cərimə olunur.

Oxunma sayı 44