Ermənistanın müdafiə nazirinin müavini Karen Brutyan İordaniya ilə silah tədarükünə dair müqaviləyə xitam verilməsi barədə məktub imzalayıb, Ermənistan KİV-i yazır.
Ermənistan Müdafiə Nazirliyi ilə İordaniyanın Jadara Equipment & Defence Systems Co şirkəti arasında müqavilə 2021-ci il avqustun 6-da bağlanıb və həmin il ərzində tamamlanmalı idi.
Qanun pozuntusunu nəzərə alaraq, nazirlik birtərəfli qaydada müqaviləyə xitam verib. İordaniya şirkəti təxminən 58 min dollar cərimə ödəməyə borcludur.
Dəqiq nə sifariş edildiyi göstərilmir. Amma məlumdur ki, şirkət Rusiyanın RPG-32 bazasında “Nashab” tank əleyhinə qumbaraatanları və Ukraynanın “Korsar”ı əsasında “Terminator FM” tank əleyhinə raket komplekslərini istehsal edir.
Sentyabrda məlum olub ki, İordaniya tərəfi Azərbaycanla əməkdaşlıq haqqında saziş imzalayıb. Ola bilsin ki, bu, İrəvanla sövdələşmənin uğursuzluğuna səbəb ola bilər. haqqin.az