Bu yollarında sıxlıq var - SİYAHI

09:00 31.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yollardakı son vəziyyət açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) hafta.az-a verilən məlumata görə, bu yollarda sıxlıq müşahidə olunur:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
4. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu " metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.

Oxunma sayı 92