Bütün region ölkələri Zəngəzur dəhlizindən bəhrələnə biləcəklər - Vüqar Bayramov

15:20 26.05.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan üçün kommunikasiyaların bərpa edilməsi, həm də Azərbaycanla Naxçıvan arasında quru nəqliyyatın bərpa edilməsi anlamına gəlir və bu, Zəngəzur dəhlizinin bərpası deməkdir.  Həmin quru sərhəd Prezident İlham Əliyev tərəfindən  "Zəngəzur dəhlizi" olaraq adlandırılıb. Azərbaycan daha qısa zamanda Zəngəzur dəhlizinin bərpa edilməsinə çalışır.  Bu, yalnız Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan üçün deyil, eyni zamanda bütövlükdə regionun inkişafını stimullaşdıracaq bir layihədir”.

Bunu hafta.az-a Milli Məclisin deputatı Vüqar Bayramov Şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizi, Zəngəzur dəhlizinin hansı yeni nəqliyyat imkanları yaratması, bu istiqamətdə yaranan maneələrlə bağlı açıqlamasında bildirib.

V.Bayramov Moskva görüşünə diqqət çəkərək, müzakirə edilən məsələlərdən birinin məhz kommunikasiyaların bərpa edilməsi və bu prosesdə əsas maneə olan Ermənistanın da kommunikasiyaların bərpa edilməsində maraqlı  olduğunu bəyan etməsini qeyd edib. Deputat eyni zamanda bildirib ki, şimal - cənub nəqliyyat dəhlizi də Rusiya-Ukrayna müharibəsinə baxmayaraq öz əhəmiyyətini qoruyub saxlayır.

“Çünki Rusiyadan cənuba, xüsusən də sanksiyalara qoşulmayan ölkələrə yüklərin daşınması aktual olaraq qalır. Bu istqamətdə işlər görülür. Digər bir tərəfdən şimal-cənub dəhlizi həm də Zəngəzur dəhlizi vasitəsi ilə daha geniş istiqməti əhatə elə bilər ki, bu da region üzərindən daha böyük yükdaşımalar deməkdir. Ona görə də kommunikasiyaların bərpa edilməsi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi birmənalı şəkildə regionun inkişafını stimullaşdıracaq və sözsüz ki, bütün regon  ölkələri bu kommunikasiyaların bərpası və eyni zamanda  Zəngəzur dəhlizinin istifadəyə verilməsindən bəhrələnə biləcəklər”.

Siyasət rubrikasından digər xəbərlər