Cəlilabadda ev yanıb

13:23 29.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad rayonunun Uzuntəpə kəndində yanğın olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin, aynabəndinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.