Çempionlar Liqasında 1/8 finalın cütləri bəlli oldu

16:55 13.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsini adlayan 16 komanda püşkdə 8 cüt təşkil edib.

Çempionlar Liqası
1/8 final

"Benfika" (Portuqaliya) - "Real" (İspaniya)
"Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə) 
"Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya)
"Zalsburq" (Avstriya) - "Liverpul" (İngiltərə)
"İnter" (İtaliya) - "Ayaks" (Niderland)
"Sportinq" (Portuqaliya) - "Yuventus" (İtaliya)
"Çelsi" (İngiltərə) - "Lill" (Fransa)
PSJ (Fransa) - "Mançester Yunayted" (İngiltərə)

 Qeyd edək ki, 1/8 finalın ilk oyunları gələn il fevralın 15-16-da və 22-23-də, cavab görüşləri martın 8-9-da və 15-16-da keçiriləcək.