Çempionlar Liqasının oyunları təxirə salınıb

17:51 02.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin oyunları təxirə salınıb.

Hafta.az-ın Asiya Futbol Konfederasiyasının (AFC) rəsmi saytına istinadən məlumatına görə, mart və aprel aylarına planlaşdırılan matçların baş tutmamasına səbəb koronavirus epidemiyasının yayılmasıdır.

Qrup mərhələsinin qarşılaşmaları 19 - 24 mayda, pley-off oyunları isə avqustda olacaq.

Qeyd edək ki, daha öncə İran və Cənubi Koreya təmsilçilərinin turnirdəki görüşləri təxirə salınıb.