Yazını böyüt
Yazını kiçilt
Qış fasiləsində icarə əsasında "Kristal Pelas"a keçən Cenk Tosun müqavilə ilə məxsus olduğu "Everton"a qayıdıb.
Hafta.az milli.az-a istinadla xəbər verir ki, 28 yaşlı hücumçunun icarədən vaxtından tez qayıtmasına dizindən aldığı ağır zədə olub.
Türkiyə millisinin üzvü müalicəsini Liverpul klubunda etdirəcək. Onun 6-7 ay yaşıl meydanlardan kənar qalacağı gözlənilir. Cen Türkiyə yığmasına Avropa çempionatında kömək edə bilməyəcək.
Hücumçu "Kristal Pelas"da 5 oyunda 1 qol vurub.