Çimərlikdən motosiklet oğurlayan tutuldu

11:38 01.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 30-da saat 23 radələrində Novxanı çimərliyində Bakı şəhər sakini R.Həsənova məxsus “Nama” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.

DİN-dən hafta.az-a verilən xəbərə görə, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Həsənov motosikletlə saxlanılıb.

 

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.