Çimərliyə getmək istəyənlərin nəzərinə

16:27 13.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 14-də şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27° gözlənilir.