Çin Pakistanda Atom Elektrik Stansiyası tikəcək: saziş imzalandı

10:45 22.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin və Pakistan 4,8 milyard dollar dəyərində atom elektrik stansiyaları tikmək barədə razılığa gəliblər.

Hafta.az-ın yazdığına görə, Pakistanın baş naziri Şahbaz Şərif bildirib ki, Çin 4,8 milyard dollarlıq müqavilə çərçivəsində Pakistanda 1200 meqavatlıq AES tikəcək.

Şərif elan edib ki, Çin Milli Nüvə Əməkdaşlıq Təşkilatı ilə Pakistan Atom Enerjisi Komissiyası arasında layihə ilə bağlı anlaşma memorandumu imzalandıqdan dərhal sonra “Çeşmə-5” layihəsi üzrə işlərə dərhal başlanılacaq.

“Çeşmə 5” Atom Elektrik Stansiyası Pəncab əyalətinin mərkəzində tikiləcək. Pakistan Çinin ölkədəki investisiyaları ilə qalıq yanacaq asılılığından qurtulmaq istəyir.

Siyasət rubrikasından digər xəbərlər