Rusiya mətbuatı Monqol-Tatar İmperiyasının qurucusu Çingiz xanın xəzinələri olduğu güman edilən məzarının Rusiyada ola biləcəyinə diqqət çəkib.
Hafta.az-ın yazdığına görə, xəbərdə məşhur səyyah Marko Polonun gənclik illərində Çingiz xanın nəvəsi Xubilay xanın sarayında üç il xidmət etdiyi və bu mövzuda elm adamlarına ipucları verdiyi bildirilir. Onun iddia etdiyi kimi, məzarın arxasında “Bərgünün ucsuz-bucaqsız çölləri” uzanan Əlhay dağında yerləşdiyini bildirir.
RİA buna əsaslanaraq “Bu o deməkdir ki, məzar Rusiyada – Baykalətrafı bölgədədir” yazıb.
Baykal gölünün şimal-qərbindəki Rit burnunun bu tərifə uyğun olduğuna diqqət çəkən agentlik, “Bura qədim zamanlardan buryatlar üçün müqəddəs sayılır. Şamanlar bura ancaq qanlı ayinləri yerinə yetirmək üçün gələ bilirdilər. “1920-30-cu illərdə ictimaiyyət arasında belə bir söz-söhbət var idi ki, Çingiz xanın məzarının “açarı” deyilən şey keşişlərdə olur”.