“Covid”ə yoluxanların əksəriyyəti BU VİRUSDAN ÖLMƏYİB

10:17 12.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yeni bir araşdırma, həll edilməmiş ikincil bakterial pnevmoniyanın koronavirus xəstələrinin ölümünə səbəb olan əsas səbəblərdən biri olduğunu, hətta koronavirusun özündən daha çox ölümə səbəb olduğunu ortaya qoydu.

Hafta.az-ın yazdığına görə, Hicks Tibb Fakültəsi Ağciyər Xəstəlikləri üzrə professor, tədqiqatın rəhbəri Benjamin Singer, "Tədqiqatımız koronavirus da daxil olmaqla, ağır pnevmoniyası olan kritik xəstələrdə ikincili bakterial pnevmoniyanın qarşısının alınması, araşdırılması və aqressiv müalicəsinin vacibliyini vurğulayır" deyib.

Tədqiqat Şimal-Qərb Memorial Xəstəxanasının reanimasiya şöbəsində (ICU) ağır pnevmoniya və tənəffüs çatışmazlığı olan 585 xəstə ilə aparılıb. Hansı ki, onlardan 190-ı koronavirusa yoluxmuşdu.

"İkinci dərəcəli sətəlcəmdən sağalanların sağ qalma, sətəlcəmi yaxşılaşmayanların isə ölmə ehtimalı daha yüksək idi. Məlumatlarımız virusun özü ilə əlaqəli ölüm nisbətinin nisbətən aşağı olduğunu göstərdi, lakin ICU-da qalma zamanı baş verən digər şeylər, məsələn, ikincil bakterial pnevmoniya bunu əvəz etdi", - deyib Singer.

Siyasət rubrikasından digər xəbərlər