Daha bir məktəb koronavirusa görə bağlandı

15:38 10.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki rayon Baş Zəyzid kənd tam orta məktəbin işçi heyətindən 2 nəfər (direktor və təlim-tərbiyə işləri üzrə müavin) COVID-19 virusuna yoluxub.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, bu səbəbdən 09.03.2021-ci il tarixindən məktəbdə tədris 14 gün müddətinə distant təhsilə keçirilib.