Danışıqlarda “sıfır nöqtəsi” – AZƏRBAYCAN İRƏVANA QƏDƏR...

17:33 30.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Paşinyan diplomatik müstəvidə sülhdən boyun qaçırmağın mümkün olmadığını gördüyü üçün təxribatlar yolunu seçib. O, Rusiyanın vasitəsi ilə aparılan danışıqlarda nəticə əldə edə bilməyəcəyini,  artıq davamlı şəkildə üçtərəfli sazişin yerinə yetirilməsi məcburiyyətində olduğunu başa düşdüyündən həmin dövrdə müəyyən kampaniyalar apardı. Brüsselə mütəmadi səfərlər, xarici işlər nazirlərinin görüşü və sair kampaniyalar aparmaqla ona nail oldu ki, Brüssel də danışıqlar prosesinin tərəfi olaraq prosesə qoşuldu.

Bu fikirləri hafta.az-a politoloq Rəşad Bayramov deyib. Onun sözlərinə görə, biz sonrakı 1 ildə Brüsseldə liderlər səviyyəsində keçirilən 4 görüşün şahidi olduq. Nəticədə Paşinyan gördü ki, Brüssel görüşü də onun maraqlarına cavab vermir:

“Çünki Brüssel sıfırdan hər hansı danışıqlar aparmaq imkanına malik deyildi və əvvəlki razılaşmaları inkişaf etdirməli idi. Proses bu istiqamətdə getdi. Nəticədə Ermənistanın üzərinə ilkin öhdəliklərdən başqa əlavə öhdəliklər də qoyulmağa başladı.  Belə ki, Brüssel razılaşmasında Üçtərəfli sazişdə nəzərdə tutulmayan sərhədlərin delimitasiyası, demorkasiyası,  humanitar məsələlər, Azərbaycanın I Qarabağ savaşında 4 min insanı haqqında məlumatların verilməsi də öz əksini tapdı. Və son nəticədə avqustun 31-də sülh sazişi imzalanması üçün xarici işlər nazirlərinin sentyabrın sonuna qədər görüşməsi və sülh sazişinin ilkin variantının hazırlanması ilə bağlı konkret bir öhdəlik götürüldü.  Ermənistanın bundan qaçması lazım idi.  Çünki Paşinyanın bu şərtlərlə Azərbaycanla sülh müqaviləsini imzalaması nəticə etibarilə Ermənistanın daxilində Paşinyan əlehdarlarının əlinə bir fürsət verəcəkdi və hakimiyyətini təhlükəyə atmış olardı. Ona görə də Paşinyan düşündü ki, bir az da vaxt udsun və növbəti formata-ABŞ formatına üstünlük verməyə başladı.  1 il qabaq necə Brüsseli oyuna çəkmişdilərsə, indi də eyni qaydada ABŞ-la bağlı kampaniya aparıldı və nəticədə göz qabağındadır: ABŞ-da Prezident köməkçisinin tərəflərlə görüşü, Ermənistan Təhlükəsizlik Şurasının sədri ilə görüşü, xarici işlər nazirlərinin səfərləri  və sair...Yəni ABŞ artıq  danışıqlar prosesində növbəti oyunçu olaraq iştirak edir. Amma məsələ bundadır ki, ABŞ olmur, kim olursa olsun, bu danışıqları sıfır nöqtəsinə qaytarmaq mümkün deyil. Sıfır nöqtəsi üçtərəfli bəyanatı bir kənara atmaq deməkdir.  Bu da o deməkdir ki, düz İrəvana qədər gedib çıxmaq məsələsi ortaya çıxır. Ona görə də istənilən ölkə danışıqlar aparanda əvvəlki müzakirə olunan və razılaşdırılmış məsələləri masaya qoyur və onu inkişaf elətdirir. ABŞ -ın danışıqlara başlayandan sonra meydana çıxan bəyanat ondan ibarətdir ki, “tərəfləri sülh sazişi üzərində işləməyə çağırırıq”. Əgər Brüsseldə “sülh sazişi imzalanmalıdır” nöqtəsi qoyulubsa, ABŞ yenidən sıfıra qayıda bilməz. Yenə də üçtərəfli  saziş ortaya qoyulur, ondan sonra Brüsseldə razılaşdırılmış məsələlər orataya qoyulur və bu inkişaf elətdirilir. Sadəcə problem ondadır ki, bu gün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasını istəməyən təkcə Ermənistan deyil. Sülh sazişini istəməyən Rusiya var. Çünki sülh sazişinin imzalanması  növbəti mərhələdə həm sülhməramlıların regiondan çıxarılması, həm Paşinyanın ABŞ qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq 102-ci hərbi bazanın ərazilərdən çıxarılması deməkdir. Rusiya bunu istəmir. Rusiya istəyir ki, sülh sazişi imzalanmadan atəşkəs davam eləsin, amma dəhliz də açılsın və hər şey də bunun nəzarətində baş versin. ABŞ bunu istəmir, bilir ki, münaqişə davam edərsə, iki variant ortaya çıxır. Birinci variant odur ki, burda Rusiya ya istər KTMT, istər Ermənistanla ikitərəfli müqavilələr çərçivəsində Ermənistanın müdafiəsinə qalxmalıdır, bu zaman avtomatik Türkiyə də Azərbaycanın müdafiəsinə qalxır və Rusiya üçün ikinci cəbhə açılır. İkinci variant odur ki, Rusiya münaqişəyə müdaxilə eləmir, indiki vəziyyət odur, birtərəfliliyini qoruyub saxlayır. Onda da ABŞ-ın uzun müddət üzərində işlədiyi ikinci plan işə keçir. Belə ki, bu gün Ermənistanda antiRusiya əhval -ruhiuyyəsi yaradırlar. Paşinyan KTMT-nin təlimindən, KTMT baş katibini qəbul etməkdən imtina edir və sairə. Paşinyan o fonu yaradır ki, guya Rusiyadan uzaqlaşır. Fransa da sülh sazişini istəmir. Çünki bir nömrəli vəzifəsi Rusiya sülhməramlılarının işinin öhdəsindən gələ bilmədiyini və onun Fransa sülhməramlıları ilə əvəz edilməsini istəyir. İran da sülh sazişini, Zəngəzur dəhlizinin açılmasını, münaqişənin həllini istəmir. Çünki münaqişənin həlli sonrakı mərhələdə İranda milli oyanış hərəkatının yaranmasına, Cənubi Azərbaycan ideyasının ortaya çıxmasına və Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının birləşməsi və İranın otürk dünyasının əhatəsində qalması ilə nəticələnə bilər.

Bizim problemimiz odur ki, Türkiyəni çıxmaq şərti ilə heç kim bu sülhü istəmir. Paşinyanın bu situasiyada özünü göstərmək bacarığı ondan qaynaqlanır ki, bu prosesə qatılan güclər sülhü istəmədikəri üçün ona geniş yol açırlar...”

Siyasət rubrikasından digər xəbərlər