Dəmir Yolu Vağzalında koronavirusla bağlı qərargah yaradıldı

18:33 29.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Dəmir Yolları” QSC-də koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaradılıb.

Bu barədə hafta.az-a qurumdan bildirilib.

Qeyd edilib ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb.

Bununla yanaşı, Bakı Dəmiryolu Vağzalının qaynar xətti fəaliyyətə başlayıb:

 

+994 12 499 61 11