Dialoq, yaxud hər hansı uzlaşma formal xarakter daşımamalıdır – Fazil Mustafa

17:45 28.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bu müzakirə normal qəbul olunmalıdır. Bütün siyasi palitrada olan şəxslər müzakirədə iştirak edirlərsə bu kimi məsələlərin cəmiyyətdə ajiotaj doğurmasına normal yanaşmaq lazımdır”. 

Bunu hafta.az-a Milli Məclisin deputatı Fazil Mustafa siyasi partiyalar haqqında qanun layihəsinin müzakirəsinin siyasi dialoq xətti üzrə əhəmiyyətini qeyd edərkən bildirib.

“Burda konkret qanundan söhbət gedir. Bu texniki-hüquqi məsələdir və yəqin ki, qanun yaxın zamanlarda  qəbul olunacaq. 

Amma burda bilavasitə partiyaların hansı rolu üzərinə götürməsinin, partiyaların seçimi ilə bağlı, partiya liderinin atdığı addımların müəyyən dərəcədə özlərinə uyğunluğu ilə bağlı bir davranışdır.  Bu baxımdan bu davranış da bütün partiyalar tərəfindən ortaya qoyula bilər”.

F.Mustafa bildirib ki, bizim əsas hədəfimiz o olmalıdır ki,  bu dialoq, yaxud da hər hansı bir uzlaşma formal xarakter daşımasın. 

“Yəni daimi yığışa bilən, müzakirələr apara bilən və təkliflərini ortaya qoyan qurumlar kimi mövcud olsunlar. Bu, ümumi işin daha çox xeyrinə olardı”.

Siyasət rubrikasından digər xəbərlər