Doğuş zamanı körpənin qolunu qoparıblar

15:25 06.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistanda hüquq-mühafizə orqanları doğuş zamanı körpənin xəsarət alması ilə nəticələnən hadisəni araşdırırlar.

Hafta.az xəbər verir ki, bu barədə "The Times of India" nəşri məlumat verib. Məlumata görə, hadisə Haryana ştatının Mandixera şəhərindəki xəstəxanada olub. Doğuş zamanı həkimlərin kobud səhvi ucbatından qolun travmatik amputasiyası baş verib.

Doğuş edən qadının ailəsinin dediyinə görə, onların qohumu personal tərəfindən kobud və qeyri-insani rəftarla üzləşib. Uşaq sağ qalıb və qonşu şəhərdəki xəstəxanaya yerləşdirilib.

Artıq xüsusi yaradılmış komissiya həkim səhvini araşdırır. Ekspertlər artıq xəstəxananın təsdiq edilmiş tibbi protokollara məhəl qoymadığını qeyd ediblər. Həmçinin həkimlər ölkə konstitusiyası ilə təmin edilmiş yaşamaq və sağlamlıq hüququnu da pozublar.