Dominges ikiqat Olimpiya çempionuna qalib gəldi

19:28 28.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanın boks üzrə milli komandası Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Hafta.az xəbər verir ki, bu gün bir bokçumuz rinqə çıxıb. Bu, 2021-ci ildə dünya çempionu adını qazanmış Alfonso Domingesdir (92 kq). 

O, turnirə 1/8 finaldan başlayıb. Domingesin rəqibi isə Paris-2024-ün favoritlərindən olan Kuba boksçusu Xulio Sesar Krus olub. Sesar Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qalibi, eləcə də beşqat dünya çempionudur.

Dominges 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Dominqesin növbəti döyüşü avqustun 1 olacaq. O, növbəti mərhələdə Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq.