Yazını böyüt
Yazını kiçilt
Azərbaycan boksçusu, dünya çempionu (2021-ci il) Alfonso Dominges (92 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.
Hafta.az xəbər verir ki, təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Pla ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gələrək finala yüksəlib.O, finalda Lalizbek Mullojonov (Özbəkistan) - Davlat Boltaev (Tacikistan) cütünün qalibi ilə qarşılaşacaq.
Final döyüşü avqustun 9-u Paris vaxtı ilə saat 22:24, Bakı vaxtı ilə 10 avqust saat 00:34-də başlanacaq.
Qeyd edək ki, Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında da iştirak edib və bürünc medal qazanıb.