Dörd nəfər xilas edilib

23:30 27.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər dənizində batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” və “Zuğulba-3” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.