Dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradıldı

12:43 13.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət sərhədinin delimitasiyası üzrə Katiblik yaradılıb.

 

Hafta.az xəbər verir ki, "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 23 may tarixli 3272 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

 

Qərara əsasən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyinin yaradılması, fəaliyyət istiqamətləri və təşkili müəyyən edilib.

Siyasət rubrikasından digər xəbərlər